Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib

Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib

Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Fransanın Limoj şəhərində gənclər arasında təşkil olunan Dünya Seriyasında finala yüksəlib. Milli Olimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, idmançı 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında həlledici mərhələyə vəsiqə qazanıb.

O, bu nəticə ilə şəxsi rekordunu yeniləyib (1.02.56).

Bu gün start götürən Dünya Paraüzgüçülük Seriyasına iyunun 9-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə