Azərbaycanın amputant millisi bu gün Yunanıstanla üz-üzə gələcək

Azərbaycanın amputant millisi bu gün Yunanıstanla üz-üzə gələcək

Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında bu gün növbəti matçına çıxacaq. SİA xəbər verir ki, yığma 9-16-cı yerlər uğrunda qarşılaşamda ilk olaraq Yunanıstan ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

Qeyd edək ki, qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan milli İsraillə heç-heçə edib - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə