"Kəpəz" "Sumqayıt"la heç-heçə etdi, "Qarabağ" "Neftçi"yə qarşı...

Bu gün Misli Premyer Liqasında 33-cü tura start verilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, ilk gündə 2 matç keçirilir. Əvvəlcə növbəti mövsümdə də Premyer Liqada qalacağı dəqiqləşən, hazırda 9-cu pillədə qərarlaşan "Kəpəz" 2-ci yerdəki "Sumqayıt"la qarşılaşır. Oyun saat 16:30-da başlayıb.

Turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Çempionluğu rəsmiləşdirən Ağdam təmsilçisi ilə 3-cü pillədəki Bakı komandasının görüşü saat 19:30-da start götürəcək.

Qeyd edək ki, turun digər oyunları 5 və 6 may tarixlərində keçiriləcək.

4 may

16:30.“Kəpəz” – “Sumqayıt” - 1:1

Qol: Cordan Rezabala, 80 (0:1), Elçin Əlicanov, 90+5 (1:1)

Qırmızı vərəqələr: Olavale Onanuqa ("Kəpəz"), Martins Junior, 90+5 ("Kəpəz")
Hakimlər: Tural Qurbanov, Zohrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu

19:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: İ
nqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev
Azersun Arena

5 may

16:30. “Turan Tovuz” – “Zirə”
Hakimlə
r: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Tovuz şəhər stadionu

19:00. “Araz Naxçıvan” – “Sabah”
Hakimlər
: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov
Liv Bonadea Arena

6 may

19:00. “Səbail” – “Qəbələ"
Hakimlər
: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə
ASCO Arena

N Klublar O Q H M T-F X
1 Qarabağ 32 23 4 5 85-32 73
2 Sumqayıt 33 13 12 8 34-35 51
3 Neftçi 32 14 8 10 43-33 50
4 Zirə 32 13 10 9 29-20 49
5 Sabah 32 14 7 11 46-38 49
6 Səbail 32 11 9 12 47-51 42
7 Turan Tovuz 32 11 9 12 47-47 42
8 Kəpəz 33 9 8 16 38-60 35
9 Araz-Naxçıvan 32 9 8 15 29-44 35
10 Qəbələ 32 4 5 23 23-61 17

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

Bütün xəbərlər Facebook səhifəmizdə