İngiltərənin "Şeffild Yunayted" klubu cəzalandırılıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, komandanın 2 xalı silinəcək.
Klub transfer ödəmələrində gecikmələr etdiyinə görə bu cəzaya məruz qalıb. Ancaq Şeffild klubu qayda pozuntusuna Çempionşipdə mübarizə apardığı vaxt yol verdiyinə görə komandanın xalları da aşağı liqaya düşəndə silinəcək.
"Şeffild Yunayted" Premyer Liqadan düşdüyü ilk ilində mövsümə - 2 xalla başlayacaq.
Qeyd edək ki, komanda hazırda Premyer Liqada 16 xalla sonuncu pillədə qərarlaşıb və elitada qalmaq şansları azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB