Futbolçu məşq zamanı yıxılaraq öldü

Boliviyanın "Real Santa Cruz" komandasının kolumbiyalı futbolçusu Qilyermo Beltran 24 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.

İspaniyanın "Marca" qəzeti xəbər verib, futbolçu məşq zamanı huşunu itirib. Q.Beltran dərhal xəstəxanaya çatdırılıb və ürəyi dayanması səbəbindən orada dünyasını dəyişib. Q.Beltran "Real Santa Cruz"da 21 oyun keçirib və 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə