BOK 12 rusiyalı idmançının Paris Olimpiadasında iştirakına icazə verib

BOK 12 rusiyalı idmançının Paris Olimpiadasında iştirakına icazə verib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 12 rusiyalı idmançının Paris Olimpiadasında iştirakına icazə verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq

bəyanat qurumun rəsmi saytında dərc olunub.

Bundan əlavə, BOK-un proqnozlarına görə, daha 36 rusiyalı da vəsiqə qazana biləcək.

Qeyd edək ki, məhdudiyyət limiti 54 idmançı üçündür. Yeri gəlmişkən, məhdudiyyətlər Belarus idmançılarına da şamil edilir.

İndiyədək cəmi 7 nəfər vəsiqə qazanıb. Proqnozlara görə, oyunlarda daha 22 idmançı da iştirak edə biləcək.

... Bundan əvvəl BOK idmançıları Rusiyada keçiriləcək Dostluq Oyunlarında iştirakdan imtina etməyə çağırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə