UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olub. İlk görüşdə 1:0 hesablı qələbə qazanan milanlılar bu üstünlüyü səfərdə də qorumağa çalışıblar.
Oyunda hesabı Dimarkonun qolu ilə qonaqlar açıb. Lakin Qrizman və Depayın cavab qolları əsas vaxtda ispanların qələbəsini təmin edib - 2:1. Bu nəticədən sonra ümumi hesabda tarazılıq olduğundan (2:2) əlavə vaxta ehtiyac yaranıb.
Əlavə vaxtda da fərqlənə bilməyən komandalar qalibi penaltilərlə müəyyən ediblər. Futbol “lotareya”sında isə Madrid klubunun bəxti gətirib - 3:2 və beləliklə də “Atletiko” daha əvvəl 1/4 finala vəsiqə qazanan “Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya”, “Borussiya” (hər ikisi Almaniya) və PSJ (Fransa) kimi komandalara qoşulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB