Bu arada jurnalist Paulo Albukerke sensasion açıqlama verib: futbolçu Dani Alveşin İspaniya həbsxanasında intihar edib? SİA-nın əldə etdiyi məlumata görə, bir çox Braziliya və Avropa mediası bu barədə dərhal yazıb.
Lakin bir neçə saat sonra təkzib gəlib.
Belə ki, “TNT Sports” un jurnalisti Marselo Beçler sosial şəbəkələrdə yazıb ki, Alveşin mətbuat xidməti idmançının vəkili ilə əlaqə saxlayıb və tezliklə bütün şayiələri təkzib edib.
Qeyd edək ki, futbolçu heç vaxt cinsi cinayət törətməkdə günahını etiraf etməyib.
Xatırladaq ki, ötən ilin yanvarında gənc qız polisə müraciət edərək idmançını Barselonada gecə klubunun tualetində ona təcavüz etməkdə ittiham edib.
Və bu səbəbdən Alvesin həyat yoldaşı onu tərk edib və onun karyerası da məhv olub.
Hazırda "Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu həbsdədir - fevralda o, 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB