"Oyundan əvvəl qalibiyyətimizə ən çox mən inanırdım" - Qurban Qurbanov

"Oyundan əvvəl qalibiyyətimizə ən çox mən inanırdım" - Qurban Qurbanov

"Azarkeşlərimizə minnatdaram. Belə hava şəraitində bizim yanımızda oldular. Həqiqətən də stadionda futbol ab-havası var idi. Futbolçular yaxşı oyun göstərdilər. Çənim üçün çox vacib idi oyunun intizamı. Əvvəlcədən sə demişdim ki, meydanda dözmək lazəm gələcək. Futbolçular sona qədər bunu bacardııar. Amma rəqib komanda müəyyən dəyişikliklər nəticəsində hesabı bərabərləşdirə bildilər. Yenə də öz futbolçularımdan razı qaldım". SİA xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer 04” oyunundan sonra təşkil edilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanov deyib.

"Rəqibin meydanında keçirəcəyimiz oyuna bundan daha ciddi hazırlaşmalıyıq. Böyük uğurlar əldə etmək üçün böyüklərə qalib gəlmək lazımdır. Hər bir halda bu düşüncə ilə oyuna hazırlaşsaq, daha yüksək nəticə əldə edə biləcəyik",- deyə o əlavə edib.

Qurban Qurbanov qeyd edib ki, Avropada bir çox komandada iş elə qurulub ki, rəhbərlər və futbolçular dəyişsə belə mexanizm eyni davam edir: "Təbii ki, bu önəmlidir. Bizim daha güclü və möhkəm olmaq üçün önəmli addımlar atmalıyıq. Bu gün biz bir çox Avropa komandalarından geridəyik. Amma düzgün bir plan qura bilsək, irəli gedərik. Biz nə qədər yaxşı nəticə göstərsək, həmin Avropa klubları yenə də bizdən daha yaxşı nəticə göstərəcəklər".

Jurnalistlərin suallarını cavablandırarkən baş məşqçi futbolun nə dərəcədə siyasətlə əlaqəli olub-olmaması barədə fikirlərini bölüşüb: "Biz həmişə ölkə xaricində Azərbaycanı layiqincə təmsil etməyə çalışmışıq. İstəməsək də siyasi tərəfdən adımız hallanır. Hər bir halda "Qarabağ" mənim üçün çox dəyərlidir. Siyasətdən uzaq olduğuma görə onun dərinliklərini bilmirəm. Bu səbəbdən futbolun siyasət olub-olmadığını deyə bilməyəcəm".

52 yaşlı mütəxəssis "Qarabağ"ın cəzalı oyunçuları Elvin Cəfərquliyev və Julio Romaonun oyunda iştirak etməməsi barədə də danışıb: "Böyük ehtimal, oyunçuların cəzalı olmasının nəticəyə təsiri oldu. Çünki belə oyunlarda dinamikanı, sürəti qorumaq önəmlidir. Bəlkə də hər iki futbolçu meydanda olsaydı, fərqli nəticə ilə qarşılaşa bilərdik".

"Oyundan əvvəl qalibiyyətimizə ən çox inanan mən idim. Hətta mənə zəng edib deyirdilər ki, "Bayer04" güclü komandadır, uduzsaq da yanımızda olacaqlar. Amma mən yenə də ən azından Bakıda qələbə qazanacağımıza inanırdım. Alman komandaları istənilən komandaya qarşı oyuna ciddi yanaşırlar. Bu gün də müşahidə etdik ki, bizə qarşı da "Bayer Leverkusen" çox ciddi hazırlaşmışdı. Yenə də ikinci oyuna zəif nəticə ilə getmirik. Bu da bizim üçün önəmlidir",- deyə o əlavə edib.

Baş məşqçi sonda bildirib ki, Juninyonun əzələsində ciddi problem ola bilər: "Həkimlərin müşahidəsinə görə, Juninyoda 70% zədə var".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə