Tennisçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Xorvatiyanın Osiyek şəhərində 13 yaşadək idmançılar arasında keçirilən “Avropa Gənclər Seriyası” turnirində bürünc medal qazanıb. SİA-nın məlumatına görə, beynəlxalq turnirə məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında qatılan tennisçi üçüncü yeri tutub.

Xorvatiya, Macarıstan və Avstriya təmsilçilərinin yer aldığı qrupda birinci olan O.Quluzadə ardından Polşa və İsveçrə idmançılarına da qalib gəlib. Lakin o, finalın bir addımlığında Çin əsilli almaniyalı rəqibinə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə