"Qarabağ" hesabı açdı - Yenilənir

"Qarabağ" hesabı açdı - Yenilənir

Bu gün UEFA Avropa Liqasında 1/16 finalın ilk oyunları keçirilir.

SİA Qol.az-a istinadən xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn "Qarabağ" da pley-offun ilk matçına çıxıb.

Ağdam təmsilçisi səfərdə "Braqa" ilə qarşılaşır. Portuqaliya klubu ilə oyun Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Komandalar arasında cavab matçı fevralın 22-də Bakıda olacaq.

00:00. "Braqa" (Portuqaliya) – "Qarabağ" (Azərbaycan) - 0:1 (Birinci hissə)

Qol: Marko Yankoviç, 21-pen. (0:1)
Baş hakim: Morten Kroq (Danimarka).

Braqa."Munisipial de Braqa" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə