"Real" müdafiəçisi Lukas Vaskesin zədəsinin təfərrüatlarını açıqlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yanvarın 5-də Madrid klubunun tibb xidməti tərəfindən aparılan müayinə nəticəsində Vaskesdə sağ budun yarı vətər əzələsinin zədələnməsi diaqnozu qoyulub. Futbolçunun qayıtma vaxtı dəqiqləşdirilməyib. Onun sağalma prosesi izlənəcək.
Qeyd edək ki, 2023-2024 mövsümündə Vaskes Madrid klubunun heyətində 20 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB