Azərbaycan Atletika Federasiyası açıqlama yayıb

Azərbaycan Atletika Federasiyası açıqlama yayıb

Azərbaycan Atletika Federasiyası açıqlama yayıb. SİA açıqlamanı təqdim edir:

“Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif edilənlər arasında atletika ailəsinin də üzvlərinin olması bizi çox qürurlandırdı. Bu təltifləri yüksək etimad kimi dəyərləndirir, Azərbaycan Atletika Federasiyasının rəhbərliyi və atletika ailəsi adından ölkə başçısına dərin minnətdarlığımızı çatdırırıq. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin dövlət başçısı, 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən İlham Əliyev tərəfindən uğurlu davamı nəticəsində atletlərimiz də hər zaman diqqət və qayğı ilə əhatə olunub. Bildirmək istərdik ki, Prezident İlham Əliyevin bu etimadı bizim üçün yüksək stimul rolunu oynayacaq və xalqımızın fiziki sağlamlığının təmin edilməsi istiqamətində fəaliyyətimizi davam etdirərək qarşıdakı yarışlarda da ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ziyad Xəlfəyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, Şirin Vəliyev, Kamal Əhmədov, Nazim Babayev, Anna Skidan və Tamilla Bünyadova “Tərəqqi” medalı ilə təltif edilib. Tofiq Əliyevə isə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə