“Fənərbaxça”da istefa

Yunanıstanlı Dimitris İtudis "Fənərbaxça"nın baş məşqçi postunu tərk edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 2022-2023 mövsümünün əvvəlindən baş məşqçi olan Dimitris İtudislə yollar ayrılıb. Klub bununla bağlı bəyanat yayıb: Dimitris İtudisə “Fənərbaxça” ailəsinə verdiyi töhfəyə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, cari Avroliqa mövsümündə “Fənərbaxça” 6 qələbə və 7 məğlubiyyətlə 13 oyundan sonra 12-ci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə