ARAF olaraq Zəfər bayramına öz töhfəmizi verəcəyik - Bəhruz Nəbiyev

ARAF olaraq Zəfər bayramına öz töhfəmizi verəcəyik - Bəhruz Nəbiyev

"Milli Atçılıq Festivalı çərçivəsində Çövkən üzrə Dünya Çempionatı, Cıdır yarışları və Yorğa qaçışları keçiriləcək. Bu festival Azərbaycanda ilk dəfə keçirilir. Davamlı olaraq bu tədbirləri həyata keçirmək niyyətindəyik".

SİA xəbər verir ki, bu sözləri ARAF-ın baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

B.Nəbiyev bildirib ki, Milli Atçılıq Festivalında yalnız Qarabağ və Dilbaz atlarından istifadə olunub: "Milli festival olduğu üçün hər şey Azərbaycanın milli-mədəni tarixini özündə əks etdirir. Çempionatda keçiriləcək oyunlar püşkatma vasitəsilə müəyyən olunub. Ümumilikdə 6 ölkənin iştirak etdiyi festivalın final mərhələsi 8 Noyabrda baş tutacaq. Biz də Azərbaycan Respublikası Atçılıq Federasiyası olaraq Zəfər bayramına öz töhfəmizi vermək istədik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə