"Müharibə iştirakçılarının əksəriyyəti müxtəlif idman yarışlarında aktiv iştirak edir" - Sahil Babayev

"Müharibə iştirakçılarının əksəriyyəti müxtəlif idman yarışlarında aktiv iştirak edir" - Sahil Babayev

"Vətən müharibəsi iştirakçıları arasında təşkil olunan futbol yarışı həm zəfərimizə, həm də Ulu Öndərin 100 illiyinə həsr olunub. Bu turnirdə Vətən müharibəsi qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda əlillik qazanan insanlarımız iştirak edib. Bugünkü gündə onlar dövlət başçısının xüsusi diqqəti və himayəsi ilə təmin olunan ən son texnologiyalı protezlər sayəsində sərbəst şəkildə futbol çempionatında iştirak edirlər". SİA xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

"Qeyd edim ki, bugünədək müharibə ilə əlaqədar əlilliyi olan 439 şəxs 458 ədəd “Genium” tipli yüksək texnologiyalı protezlə təmin olunub. Onların əksər hissəsi müxtəlif idman yarışlarında aktiv iştirakçıya çevrilib. Biz qəhrəmanlarımızın bacarığının, cəsarətinin, eyni zamanda fiziki hazırlığının yüksək səviyyədə olduğunu müşahidə etdik. Ümid edirik ki, növbəti dövrlərdə də yalnız futbol yarışlarında deyil, digər istiqamətlərdə də bu kateqoriyadan olan idmançılar aktiv şəkildə iştirak edəcək",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə