Premyer Liqa: "Zirə" evdə "Səbail"lə heç-heçə edib

Premyer Liqa: "Zirə" evdə "Səbail"lə heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, günün ilk matçında “Zirə” “Səbail”i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Qonaq komandanın heyətində Pedro Nuno dubl edib. Meydan sahiblərində isə İssa Cibrila və Rüstəm Əhmədzadə fərqlənib.

Qeyd edək ki, günün digər görüşündə “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək. Oyun saat 19:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə