"Artıq ikinci dəfədir ki, "Mingəçevir Reqatası" təşkil olunur. Amma bildiyiniz kimi, bu, ənənəvi bir hal alıb və biz bunu davam etdiririk. Bu tədbir 50 ilə yaxın bir müddətdə həmişə keçirilib. Yarışa dünən start verilib. İlk gün Azərbaycan artıq 4 medal qazanıb. Bu gün də kanoe üzrə bir təmsilçimiz medal qazandı. İnanırıq ki, günün sonunadək medallarımızın sayı daha çox olacaq". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev jurnalistlərə açıqlamasında deyib.
"Bu yarışların keçirilməsinin əsas məqsədlərindən biri də yeniyetmələrin bu idman növü üzrə davamlı inkişafıdır. Ötən il həmin idmançılar kifayət qədər yüksək nəticə göstərməsə də, bu il gözləntilərimiz özünü doğruldur",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB