PSJ-nin hücumçusu Kilian Mbappe 2024-cü ilin yayında azad agent kimi klubu tərk etməyi planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Marca” nəşri öz səhifələrində danışır.
Qeyd olunur ki, PSJ-yə gedən yol Mbappe üçün 2022-ci ilin mayında müqaviləsini uzadarkən düşündüyü kimi alınmayıb.
Mbappe ilə “Real Madrid” arasında söz-söhbətlərin davam etdiyini də söyləmək lazımdır.
Xatırladaq ki, Kilian Mbappe 2017-ci ilin avqust ayının sonundan PSJ-də çıxış edir. O vaxtdan bəri hücumçu 269 rəsmi oyun keçirib, bu oyunda 220 qol vurub və tərəfdaşları üçün 98 məhsuldar ötürmə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB