Cümə günü səhər saatlarında hücumçu Joao Feliks "Atletiko"nun məşqində iştirak etməyib. Bu barədə jurnalist Viktor Navarro sosial şəbəkələrdə danışır. Onun sözlərinə görə, klub Feliksin yoxluğunu futbolçunun şəxsi problemləri ilə izah edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Feliksin məşqlərə getməməsi onun "Barselona"ya keçmə ehtimalı ilə əlaqələndirilə bilər. Bir neçə insayder iddia edir ki, 23 yaşlı portuqaliyalı yaxın saatlarda rəsmən “Camp Nou”-ya keçə bilər.
Yeri gəlmişkən, Joao Feliks daha əvvəl "Barselona"da oynamaq istəyindən bildirmişdi.
Qeyd edək ki, nüfuzlu “Transfermarkt” portalı futbolçunu 50 milyon avro qiymətləndirir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB