Çexiya iki rus idmançısını ölkədə keçirilən yarışa buraxıb

Çexiya iki rus idmançısını ölkədə keçirilən yarışa buraxıb

Bu arada Çexiya polisi rusiyalı tennisçilər Kirill Kivattsev və Denis Kloka Liberetsdə keçirilən “Çellendjer” seriyalı turnirdə iştirak etməyə icazə verib.

Amma maraqlıdır ki, hökumətin rusların bu ölkədə hər hansı bir idman yarışındakı çıxışına qadağa hələ ki, qüvvədədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda hər iki idmançı qanuni olaraq respublika ərazisindədir.

Bunu deyən çex polisinin əcnəbilər üzrə sözçüsü Cozef Urban, polisin deportasiya ilə bağlı qərar qəbul edərkən hər bir halda “fərdi halları” qiymətləndirdiyini də əlavə edib.

Qeyd edək ki, turnirin direktoru Tomaş Trsek idmançıların ölkədə qalmasına “onlar haqqında olan məlumat”ın idmanşılara kömək olduğunu bildirib.

“...İdmanşıların biri (Klok) Krımda anadan olub və 2014-cü ilə qədər ukraynalı olub. İkinci oyunçu (Kivattsev) isə səkkiz ildir ki, İtaliyada yaşayır və İtaliya vətəndaşlığı üçün müraciət edib”.

Bunu da Tresek bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə