İlkay Gündoğan "Barselona"ya keçib

İlkay Gündoğan "Barselona"ya keçib

Türkiyə əsilli alman futbolçu İlkay Gündoğanın "Mançester Siti"dən ayrılaraq "Barselona"ya keçdiyi açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli futbolçu bu gün keçirilən mərasimdə onu Kataloniya komandası ilə bağlayan müqaviləyə imza atıb.

Qeyd edək ki, türk əsilli alman futbolçu ötən mövsüm oynadığı bütün zolaqlarda göstərdiyi performansla diqqət çəkib. Mövsümün sonunda "Mançester Siti" ilə bir daha müqavilə imzalamayan Gündoğan "Barselona" ilə anlaşaraq tətilə yollanıb. 32 yaşlı ulduz futbolçu üçün imza mərasimi keçirilib. Barselona prezidenti Joan Laportanın da qatıldığı mərasimdə İlkay bu gün İspaniya yığması ilə rəsmi müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə