Xavi Gündoğanı dəyərləndirib

Xavi Gündoğanı dəyərləndirib

“Barselona”nın baş məşqçisi Xavi “Diario Sport”a müsahibəsində yarımmüdafiəçi İlkay Gündoğanın Kataloniya düşərgəsinə keçidi ilə bağlı fikirlərini bildirib, onun təcrübəsini qeyd edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Xavinin sözlərinə görə, Gündoğan müxtəlif mövqelərdə oynaya bilir, texnikası yüksəkdir və...eləcə də təbiətcə qalibdir.

Xavi Gündoğanın “Mançester Siti”nin kapitanı olmasını da önəmli faktor hesab edir və “Barselona”nın liderlik keyfiyyətlərinə malik futbolçulara ehtiyacı olduğunu bildirib.

Xavi həmçinin klubun komandanı gücləndirmək üçün fəal işlədiyini və mümkün olan ən yaxşı heyəti bir araya gətirməyə çalışacağını bildirib. O, hələ də almaq istədikləri başqa futbolçuların olduğunu qeyd edərək, klubun bu istiqamətdə yaxşı iş gördüyünü vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə