Bakıda MINEPS 2023 konfransının rəsmi açılışı olub

Bakıda MINEPS 2023 konfransının rəsmi açılışı olub

Bakıda MINEPS 2023 konfransının rəsmi açılışı olub.

SİA xəbər verir ki, açılışda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və UNESCO Baş katibinin humanitar və sosial məsələlər üzrə müavini Qabriela Ramos çıxış edib.

Fərid Qayıbov hər kəsə foruma qatılıdığı üçün təşəkkür edib: “Bu gün Ekvadordan olan həmkarımla görüşdə o bildirdi ki, Bakıya gəlmək üçün 4 uçuşu olub. Bu gün Foruma 120-dən çox ölkə təmsilçisi qatılıb. Bu, beynəlxlaq tədbirə olan böyük marağın göstəricisidir. Bu gün gündəliyimizdə UNESCO-nun "Fit for life" təşəbbüsü ətrafında müzakirələr var. Hamımızın oxşar ideyaları, hədəfləri var. Bir daha hamınızı salamlayıram və ümid edirəm ki, bizim səmərəli müzakirəmiz və sonra vacib qərarlarımız olacaq".

Daha sonra UNESCO-nun rəsmisi Qabriela Ramos çıxış edərək deyib ki, forum müxtəlif səviyyələrdə yüksək səviyyədə təşkil olunub və bu foruma güclü maraq var:

"Biz istəyirik ki, üzləşdiyimiz çağırışların həllində idmanın da bir element olması üçün çalışaq. Sağlam cəmiyyətə nail olduqda bu zaman səhiyyə nazirliyi, əmək nazirliyi də qazanmış olur. Bu, jəm də sağlma nəsil deməkdir".

Qabriela Ramos idmanın cəmiyyətə təsir, bu sajəyə qoyulan investsiyanı ölçmək üçün müəyyən mexanizmin yaradılmalı olduğunu vurğulayıb: "Gəlin, idmanın gücündən istifadə edək".

Daha sonra konfransın gündəliyi qəbul olunub və müzakirələr üçün ölkələr arasında qruplar yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə