"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan "Barselona"ya keçməyə yaxındır.
SİA-nın əldə etdiyi məlumata görə, 32 yaşlı yarımmüdafiəçi karyerasını bu həftə harada davam etdirəcəyi ilə bağlı yekun qərarını vermək, daha sonra isə istirahətə getmək istəyir.
Qeyd edək ki, Gündoğanın "Barselona" klubu arasında 2+1 illik müqavilə imzalanacağı bildirilib.
Xatırladaq ki, İlkay Gündoğan 2016-cı ildən "Mançester Siti"də çıxış edirdi. Onun "şəhərlilər"lə sözləşməsi iyunun 30-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB