"Çelsi" 16 yaşlı futbolçu transfer etdi

"Çelsi" "İndependiente"nin (Ekvador) yarımmüdafiəçisi Kendri Paezi transfer edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, 18 yaşı tamam olduqdan sonra London təmsilçisinə keçəcək.

Qeyd edək ki, 16 yaşlı oyunçu bu mövsüm "İndependyente"nin əsas komandasında 6 oyuna çıxıb və 1 qol vurub. Bundan əlavə, Ekvador millisinin heyətində bu il keçirilən U20 dünya çempionatında 4 oyunda 1 qol vurub və 3 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə