Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək

Azərbaycan Gimnastika Federasiyası (AGF) milli yarışlar mövsümünü aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı ilə davam etdirir. SİA AGF-yə istinadla xəbər verir ki, iyunun 2-3-də Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda “Ocaq Sport” klubu, “Grasiya” və “Sumqayıt OİK”dən 100-dək gimnast medallar uğrunda mübarizə aparacaq.

İdmançılar Azərbaycan birinciliyində balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il il), Bakı çempionatında isə uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyasında (2005-ci il və daha böyük) mübarizə aparacaqlar.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə