Lionel Messi Avropanın yüksək liqalarında qol rekordçusu oldu. SİA xəbər verir ki, PSJ-nin forvardı “Strasburq”la oyunda 59-cu dəqiqədə hesabı açıb. Bu, onun ən puplyar 5 cempionatdakı 577-ci matçda 496-cı qoludur.

Öncəki rekord 626 oyunda 495 qolla Kristianu Ronalduya məxsus idi.

Qeyd edək ki, Messinin “Strasburq”la oyunda vurduğu qol komandasına çempionluq qazandırıb. Futbolçu karyerasında 43-cü mükafatını əldə edib. Ronaldu isə ikinci ildir ki, mövsümü mükafatsız başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə