Kral III Çarlz Britaniya Moda Şurasının təşkil etdiyi tədbirdə Vudi Harrelson və Devid Bekhemlə tanış olub. SİA xəbər verir ki, tədbir Britaniya modelyerlərinin istedadlarını qiymətləndirən altıncı Kraliça II Elizabet mükafatının təqdimat mərasiminə həsr olunub. Bu il monarx mükafatı Labrum London moda etiketinin yaradıcısı və yaradıcı direktoru sierra-leoneli Foday Dumbuya təqdim edilib.
Bekhem Britaniya Moda Şurasının prezidenti-səfiri kimi bugecəki şouda iştirak edib. O, 2018-ci ildən bu vəzifəni icra edir. İngiltərənin keçmiş futbol kapitanı Krala bir banka bal verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB