Keyn Salahın rekordunu təkrarladı

Keyn Salahın rekordunu təkrarladı

"Tottenhem"un futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, ingilis hücumçu bunu 26-cı turda "Aston Villa"ya uduzduqları (1:2) görüşdə bacarıb.

Komandasının yeganə qolunu vuran Keyn bu mövsüm 24-cü matçda fərqlənib. O, bu göstəricidə "Liverpul"un futbolçusu Məhəmməd Salahın rekordunu təkrarlayıb.

Qeyd edək ki, Keyn bu mövsüm çempionatda 36 oyunda 27 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə