“Qalatasaray” çempionluğa bir addım da yaxınlaşdı

“Qalatasaray” çempionluğa bir addım da yaxınlaşdı

Türkiyə Super Liqasının 33-cü turunda lider “Qalatasaray” evində “Başakşehir”i qəbul edib. SİA xəbər verir ki, qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ilk hissəsinə əlavə edilmiş 8-ci dəqiqədə Mauro İkardi penalti zərbəsi ilə komandasına üç xal qazandırıb.

Qələbə sayəsində xallarının sayını 73-ə çatdıran “Qalatasaray” ikinci “Fənərbağça” və eyni xala malik “Beşiktaş”ı 5 xal qabaqlayaraq vahid liderdir.

“Başakşehir” isə 51 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə