Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
SİA-nın əldə etdiyi məlumata görə, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Almaniyanın “Bavariya” klubu doğma meydanda İngiltərə təmsilçisi “Mançester Siti” ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyunda “şəhərlilər” 3:0 hesablı qələbəyə seviniblər.
Günün digər oyunu İtaliya “İnter”i ilə Portuqaliya “Benfika”sı arasında baş tutacaq. Milanlılar səfərdə 2:0 hesablı qələbə qazandığından yarımfinala yüksəlməyə daha yaxın görünürlər.
Xatırladaq ki, ötən gün “Real” (İspaniya) “Çelsi”ni (İngiltərə), “Milan” (İtaliya) isə “Napoli”ni (İtaliya) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.
UEFA Çempionlar Liqası
19 aprel
Bavariya (Almaniya) – Mançester Siti (İngiltərə) - 0:1
Haland, 57
Baş hakim: Kleman Turpen (Fransa).
Münhen. “Alyans Arena”.
İlk oyun – 0:3.
İnter (İtaliya) – Benfika (Portuqaliya) - 2:1
Barela, 14; Martines, 65 - Aursnes, 38
Baş hakim: Karlos del Serro (İspaniya).
Milan. “Cüzeppe Meatsa” stadionu.
İlk oyun – 2:0.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB