"Bavariya"nın hücumçusu Yulian Naqelsmanna qışqırıb

"Bavariya"nın hücumçusu Sadio Mane komanda yoldaşlarının gözü qarşısında Münhen klubunun sabiq baş məşqçisi Yulian Naqelsmanna qışqırıb. SİA xəbər verir ki, bu barədə insayder Kristian Falk məlumat verib.

Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab oyunundan sonra hücumçu ilə mütəxəssis arasında münaqişə yaranıb. Afrikalı oyunçu cəmi bir neçə dəqiqə meydanda qalmasından narazı qalıb.

Xatırladaq ki, "Bavariya" rəhbərliyi Almaniya Bundesliqasında "Bayer"ə məğlub olaraq (1:2) 2-ci pilləyə düşdükləri oyundan sonra Naqelsmannla yolları ayırmaq qərarına gəlib. Onu Tomas Tuhel əvəzləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə