“La Liqa”nın ən bahalı oyunçuları

“La Liqa”nın ən bahalı oyunçuları

Bu arada nüfuzlu “Transfermarkt” portalı oyunçuların qiymətini yeniləməyə və yeni reytinqləri paylaşmağa davam edir. SİA-nın əldə etdiyi məlumata görə, növbəti sırada İspaniya “La Liqa”sı və onun ən bahalı oyunçularının adları gəlir.

Beləliklə, birinci yerdə “Real Madrid”in cinah müdafiəçisi Vinisius Junior qərarlaşıb. Portalın ekspertləri onun dəyərini 120 milyon avro qiymətləndirirlər.

İkinci yerdə 20 yaşında düz 100 milyon avro dəyərində olan "Barselona"nın mərkəz yarımmüdafiəçisi Pedridir.

Üçüncü yeri Federiko Valverde tutur. Uruqvaylı “Real Madrid”in də qiyməti 100 milyon avrodur.

Dördüncü yerdə “mavi qranat”ın daha bir gənc istedadı - Qavi qərarlaşıb. 18 yaşlı futbolçunun qiyməti 90 milyon qiymətləndirilir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə