Messinin “Barselona”ya qayıdışı mümkün deyil!

Son günlər Lionel Messinin “Barselona”ya qayıtması ilə bağlı şayiələr çox aktivləşib. Bununla belə, argentinalının “Kamp Noud”a geri qayıtma ehtimalının aşağı olduğunu deyənlər də yox deyil.

Məsələn, “todofichajes.com”in fikrincə, Messini “Barselona”ya transfer etmək klubun hazırkı iqtisadi vəziyyətinə görə mümkün deyil.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hər şey Lionel Messinin ən azı bir mövsüm daha PSJ-də qalacağından gedir. Eyni zamanda, danışıqlar prosesində olan parislilər argentinalının maaşını aşağıya doğru tənzimləməyə ümid edirlər.

Əlavə edək ki, yayda Lionel Messi 36 yaşını qeyd edəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə