Ermənistan-Türkiyə oyununa bütün biletlər satılıb

Ermənistan-Türkiyə oyununa bütün biletlər satılıb

2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Ermənistan – Türkiyə oyununa bütün biletlər satılıb. SİA xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Görüş martın 25-də Vazgen Sərkisyan adına “Respublika” stadionunda baş tutacaq.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, qonaq azarkeşlər matçda iştirak etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə