Azərbaycan əsilli rusiyalı güləşçi beynəlxalq turnirin qalibi olub

Azərbaycan əsilli rusiyalı güləşçi beynəlxalq turnirin qalibi olub

Azərbaycan əsilli Rusiya idmançısı Xanım Vəliyeva Krasnoyarskda keçirilən beynəlxalq turnirin qalibi olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya yığmasının üzvü olan X.Vəliyeva Olimpiya, dünya və Avropa çempionu, SSRİ-nin Əməkdar idman ustası İvan Yarıgin adına sərbəst güləş üzrə beynəlxalq turnirdə 68 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

Krasnoyarskda doğulan idmançı 2020-ci ildə Avropa çempionu, 2021-ci ildə dünya çempionatının bürünc medalçısı olub. O, beynəlxalq dərəcəli idman ustasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə