Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) saytı məlumat yayıb.
Covid-19 epidemiyasının yaratdığı çətinliklərə görə keçirilə bilməyəcəyi açıqlanan Çin Qran Prisi, proqrama daxil edilməyib. Eyni tarix üçün təqvimə yeni yarış da əlavə olmayıb. Bu da göstərir ki, apreldə keçiriləcək Avstraliya və Azərbaycan Qran Prisi arasında 28 gün fasilə olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, “Formula 1”-in start götürəcəyi tarix də açıqlanıb.
23 yarışın keçiriləcəyi nəhəng tədbir martın 5-də Bəhreyn ayağı ilə start götürəcək.
Tədbir 26 noyabr 2023-cü il tarixində keçiriləcək Abu Dabi Qran Prisi ilə başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB