"Bu kimi tədbirlər 10-15 yaşlı uşaqlar arasında aprılmalıdır" - ORXAN CƏFƏROV
"Narkotik vasitələrdən istifadə edən insanlar əsasən ilk başlarda bundan zövq alsalarda daha sonra ağrı kəsici kimi istifadə edirlər". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov "Narkotik və steroidlərlə mübarizəyə" həsr olunmuş tədbir zaman qeyd edib.
Mərkəz direktoru bildirib ki, insanlar artıq zaman keçdikdən sonra narkotik vasitələrdən fiziki olaraq asılı olurlar: "Aparılan sorğuda iştirak edən müalicə alan şəxslərin çoxu Narkoloji Mərkəzimizdə dəfələrlə iştirak edən insanlardır. Həftədə 2 dəfə keçmiş asılı şəxslər Narkoloji Mərkəzimizə gələrək müalicə alan şəxslərə tövsiyyələr verərək, böyük stimul verirlər. Maarifləndirici tədbirlər əsasən orta məktəblərdə aparılmalıdır. Əsasən bu kimi tədbirlər 10-15 yaşlı uşaqlar arasında aprılmalıdır. Bu prosesdə əsasən valdeyinlərində üzərinə böyük yük düşür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB