"195 nəfər keçirilən anonim sorğuda iştirak edib" - ŞƏFƏQ HÜSEYNLİ

"Bu il AMADA Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində sorğu keçirib. Bu sorğuda 195 nəfər iştirak edib". SİA xəbər verir ki, bu sözləri AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib.

Qurum rəsmisi təşkil olunan anonim sorğuda iştirak edənlərin 80 faizi kişilər, 12,3 faizi isə qadınlar olduğunu bildirib: "Onlardan 83,6 faizi 20-44 yaş aralığında olan insanlar idi. Müalicə alan şəxslərin 6,2 faizi tam ali təhsilli idi. Sorğumuzda iştirak edən narkoloji xəstəlikdən əziyyət çəkənlərin 8,7 faizi yüksək gəlirli ailənin üzvləridir. Onların əsasən çoxu narkotikdən istifadəyə 15-20 yaşlarından başladıqlarını bildiriblər. 34,4 faiz resporitent narkotikdən yalnız zövq almaq məqsədilə istifadə etdiyini bildiriblər. 95 faiz isə əsasən marixuanadan istifadə ediblər. Narkoloji xəstəlikdən əziyyət çəkən və müalicə alan şəxslər bildiriblər ki, əsasən 10-15 yaşlı uşaqlar arasında maarifləndirici tədbirlər daha çox keçirilib".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə