"Fitnes mərkəzlərinin rəhbərləri ilə də görüş təşkil edəcəyik" - ŞƏFƏQ HÜSEYNLİ

"Araşdırmalar nəticəsində məlum olub ki, 2017-2020-ci illər ərzində istifadə olunmuş antidopinqlərin yarı faizdən çoxu sterodilər və narkotik vasitələr təşkil edir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli bildirib.

O, bildirib ki, streotiplər peşəkar idmançılarla yanaşı həvəskar idmançıların da istifadəsinə çevrilib: "Streodilərin idman zallarında və fitness mərkəzlərində qanunsuz şəkildə satılması barədə faktlarda məlum olub. Biz yaxın zamanlarda fitnes mərkəzlərinin rəhbərləri ilə də görüş təşkil edəcəyik. İdmanda asılılıq yaradan maddələrlə bağlı elmi tədqiqat üzrə layihə həyata keçirtmişdik. Bu layihədə 608 nəfər idmançı iştirak etmişdir. Bu il ərzində narkoloji mərkəzlərdə müalicə alan şəxslər arasında da maarifləndirici tədbirlər keçirərək, müsahibələr hazırlamışdıq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə