"1300 idmançı və məşqçilər arasında yoxlanılma aparılıb" - AMADA-NIN DİREKTORU AÇIQLADI
"Narkotik vasitələrdən və steroidlərdən istifadə olunması bütün dünya, eyni zamanda, bizim ölkəmiz üçün qloba problemlərdən biridir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli açıqlayıb.
O bildirib ki, ölkəmizdə bu problemlərə qarşı ciddi tədbirlər görülür: "Steroidlərin qanunsuz dövriyyəsi, satışı üçün ciddi şəkildə qadağalar aparılır. AMADA bu istiqamətdə fəaliyyətini genişləndirərək ciddi tədbirlər görülür. Biz bununla mübarizə aparmaq üçün "SUSMA" adlı platforma yaratmışıq. Maarifləndirici lahiyələr həyata keçirtmək üçün də digər dövlət qurumlarımızla sıx əməkdaşlıq aparılır. Bu il bu mövzu ətrafında 60 seminar və 6 tədbir keçirilir. Gənclər və İdman Nazirliyi tərəfindən də bir sıra rayonlarımızda tədbirlər keçirilərək 1300 idmançı və məşqçilər arasında yoxlanılma aparılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB