FİFA Serbiya və Xorvatiyanı cərimələdi - FOTO

FİFA Xorvatiya və Serbiyanı cərimələyib. SİA xəbər verir ki, Xorvatiya Futbol Federasiyası ölkə azarkeşlərinin Kanada millisinin serb kökənli qapıçısı Milan Boryanı təhqir etməsinə və ələ salmasına görə 53 min dollar ödəməlidir.

Serbiya Futbol Federasiyası isə Braziliya ilə oyundan əvvəl soyunub-geyinmə otağında Kosovonun Serbiyanın bir hissəsi kimi göstərildiyi xəritəyə görə 21 300 dollar cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə