Fransa yarımfinala çıxsa, Deşam qalacaq

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre millinin baş məşqçisi Didye Deşamın gələcəyi haqda danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, Fransa DÇ-2022-də yarımfinalına çıxacağı təqdirdə, mütəxəssisin vəzifəsində qalacaöını bildirib.

“Əgər cavab verməyimdə israr edirsinizsə, o zaman dürüst olacağam. Didyenin qalmasını istəyirəm. Əgər Fransanı yarımfinala çıxara bilsə, o zaman yekun qərarı mütləq özü verəcək. Bəzilərinin dediyinin əksinə olaraq, mən həyatımda heç vaxt Zidanı düşünməmişəm... Həm də ətrafımdan ona zəng edən də olmayıb. Mən bütün bunları bir dost kimi deyil, federasiyanın prezidenti kimi deyirəm”.

Xatırladaq ki, Deşamın rəhbərliyi altında Fransa DÇ-2018-in qalibi olub. Komanda DÇ-2022-nin 1/4 finalında İngiltərə ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə