Cüdo idman növü ölkəmiz hansı səviyyədədir? - QURUM RƏSMİS AÇIQLADI

“Bu günkü gün cüdo idman növü ölkəmizdə durmadan inkişaf edir. Azərbaycanda cüdo yetərincə sevilir və bu idman növü üzrə Avropa çempionlarımız var”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.

Qurum rəisi qeyd edib ki, cüdo idman növü üzrə kütləvilik prinsipi çox mütəşəkkil şəkildə həyata keçirilir: “Hətta regionlarımızda belə cüdo üzrə təlimlər və yarışlar təşkil olunur. Bir neçə gün sonra cüdo idman növü üzrə Azərbaycan çempionatı keçiriləcək. Həmçinin cüdonun yaranmasının 50 illik münasibətilə sil-silə tədbirlər keçirilir. Buda bir daha onu sübut edir ki, cüdo ilə məşğul olan idmançıların, hakimlərin, iştirakçıların sayı yetərincədir. Bir mənalı şəkildə onu qeyd edə bilərik ki, Parisdə keçiriləcək növbəti yay olimpiya oyunlarında cüdo idman növünün nəticələrindən olan gözləntilərimiz olduqca yüksəkdir. Azərbaycan Respublikasının çempionatındakı sağlam rəqabət, idmançılarımızın say çoxluğu, hər çəki dərəcəsinə uyğun olan yarışçıların olması bizi sevindirir. Azərbaycan cüdosuna uğurlar arzu edirəm və gələcəkdə yeni-yeni Elnur Məmmədlilər, Mövlud Mirəliyevlər, Elxan Məmmədovlar və s. olar”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə