DÇ-2022-də ilk 1/4 finalçı müəyyənləşdi

Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə start verilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə nəzərdə tutulan 2 qarşılaşmadan 1-i başa çatıb.

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gəlib. "Xəlifə" stadionunda keçirilən görüşdə 3:1 hesabı ilə qalib gələn Niderlan 1/4 finala yüksəlib.

Günün diəgr matçında isə Argentina və Avstraliya yığmaları üz-üzə gələcək. "Əhməd ibn-Əli" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Niderland - ABŞ cütünün qalibi 1/4 finalda Argentina - Avstraliya cütünün güclüsü il qarşılaşacaq.

3 deakbr

DÇ-2022, 1/8 final

19:00. Niderland - ABŞ - 3:1

Qollar: Memfis Depay, 10 (1:0), Blind, 45+1 (2:0), Rayt, 76 (2:1), Dumfris, 81 (3:1)

Baş hakim: Vilton Sampayo (Braziliya)

"Xəlifə" stadionu

23:00. Argentina - Avstraliya

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Əhməd ibn-Əli" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə