"Qarabağ" "Neftçi"yə qalib gəlir - Yenilənir

Bu gün Misli Premyer Liqasında 16-cı tura start verilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə Azərbaycan derbisi keçirilir. "Neftçi" əzəli rəqibi "Qarabağ"ı qəbul edir. "Bakcell Arena"dakı oyun saat 21:00-da başlayıb.

İlk dövrədə bu komandalar arasında oynanılan qarşılaşmada Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, turun digər görüşləri 3-4 dekabr tarixlərində keçiriləcək.

2 dekabr (cümə)

21:00. “Neftçi” – “Qarabağ” - 0:1 (Fasilə)

Qol: Kadi Borges, 37
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”

3 dekabr (şənbə)

14:30. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov
Qəbələ şəhər stadionu

17:00. “Sabah” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”

4 dekabr (bazar)

14:30. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev
Gəncə şəhər stadionu

17:00. “Zirə”– “Turan Tovuz”
Hakimlər:
İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 15 13 2 0 40-8 41
2 Sabah 15 12 2 1 31-10 38
3 Neftçi 15 10 2 3 31-15 32
4 Zirə 15 7 2 6 16-21 23
5 Qəbələ 15 6 3 6 18-16 21
6 Turan Tovuz 15 4 4 7 10-19 16
7 Şamaxı 15 2 5 8 13-24 11
8 Səbail 15 2 4 9 12-23 10
9 Kəpəz 15 2 4 9 12-30 10
10 Sumqayıt 15 0 6 9 7-24 6

Bombardirlər:

Ramil Şeydayev ("Qarabağ") - 11 qol
Musa Qurbanlı ("Qarabağ") - 11 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Coy Lens Mikels ("Sabah") - 7 qol

Bütün xəbərlər Facebook səhifəmizdə