Karateçilərimiz bürünc medal uğrunda həlledici görüşə çıxacaqlar

Karateçilərimiz bürünc medal uğrunda həlledici görüşə çıxacaqlar

Karateçilərimizin İndoneziyanın paytaxtı Cakartada Karate1 Seriya A turnirində çıxışı davam edir. SİA xəbər verir ki, təmsilçilərimizdən Ayxan Mamayev (84 kq), Mədinə Sadiqova (55 kq) və Renata Ərəbli (61 kq) bürünc medalı uğrunda həlledici görüşə çıxacaqlar.

Üçüncü yer uğrunda M.Sadiqova Yaponiya, R.Ərəbli Taypey, A.Mamayev isə İran idmançısı ilə qarşılaşacaq.

Turnir noyabrın 20-də başa çatacaq.
Mövsümün son Seriya A turnirində 65 ölkədən 661 karateçi qüvvəsini sınayır.

Bütün xəbərlər Facebook səhifəmizdə