Region gənclərimiz ekoloji fəaliyyətlərini davam etdirirlər

Region gənclərimiz ekoloji fəaliyyətlərini davam etdirirlər

“5 rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsi çərçivəsində Biləsuvar və Tovuz rayonlarında davamlılıq layihələri keçirilib. SİA Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) saytına istinadla xəbər verir ki, Biləsuvar Məşvərət Şurası tərəfindən “Təbiətin gücü ilə təbiət uğrunda” və Tovuz Məşvərət Şurası tərəfindən keçirilən “Sağlam təbiət, sağlam həyat” layihələri çərçivəsində Şura üzvləri tərəfindən Gənclər evlərinin qarşısına 4 velosiped və lazımi ləvazimatlar qoyulub.

Bunun nəticəsində gənclər plastik və kağız tullantıları təqdim etməklə velosipedlərdən müəyyən müddətə istifadə edə biləcəklər.

Qeyd edək ki, “5 rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsi Avropa İttifaqı və UNICEF-in dəstəyi, ARGTMŞ-nın təşkilatçılığı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə