“Davam” beynəlxalq sosial media kampaniyasına hazırlaşır - FOTOLAR
“Davam” Gənclər Hərəkatı tərəfindən start verilən informasiya müharibəsi ilə bağlı maarifləndirmə, praktiki təlim və kampaniyalardan ibarət fəaliyyət gündəliyi olan “İnfomüharibə ayı” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Beynəlxalq sosial mediada işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənlənməsi mövzusunda kampaniyanın keçirilməsi” adlı layihənin icrasına başlanılıb. SİA xəbər verir ki, layihənin əsas məqsədi beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin vicdanla icrasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına, minalanmış ərazilərin xəritələri və digər zəruri məlumatların Azərbaycana təqdim edilməsi üçün Ermənistana təsir göstərməyə, Azərbaycana işğaldan azad olmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə dəstək verməyə, sülh naminə birgə səylər göstərməyə çağırış etməkdir.
Layihə çərçivəsində fərqli 30 nəfərdən ibarət iştirakçı qrupları ilə artıq 5 təlim baş tutub. Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynovanın təqdimatında baş tutan təlimlər zamanı mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə, cari statistik məlumatlar, informasiya müharibəsinin əhəmiyyəti və sosial media, xüsusilə "Twitter" üzərində həyata keçiriləcək sosial media kampaniyasına hazırlıqla bağlı ətraflı məlumat verilib və gənclərin çoxsaylı sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rusiyanın NATO-ya hücum etmək planı yoxdur...
Dünya 20:14Tehranda kütləvi etirazlar başlayıb...
Dünya 19:48Xaçmazlı gənc ana üçəm dünyaya gətirib
Sosial 19:38Bu cəfəngiyat kimə yönəlib?
Dünya 19:14Superliqa klubunun yeni baş məşqçisi bəlli olub
İdman 18:57"Hamı sülh istəyir, amma ədalətli sülh..."
Dünya 18:43“Ağdamda həyat yenidən qurulur” - POLİTOLOQ DANIŞDI
Siyasət 16:50XİN Somalidəki son hadisələrlə bağlı bəyanat yayıb
Siyasət 16:35Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
Təhsil 16:33Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
İqtisadiyyat 16:09Pirotexniki vasitələr satan daha 23 nəfər saxlanılıb
Hadisə 15:53Prezident 2026-cı il üçün ehtiyac meyarını təsdiqləyib
İqtisadiyyat 15:52Prezident 2026-cı il üçün yaşayış minimumunu təsdiqləyib
Siyasət 14:48Moskva Qafqaza qayıdır - “Tramp yoluna” göz dikib...
Siyasət 14:10Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib
Siyasət 14:08Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib
Sosial 14:07Trampın “yol komandası” - RAKURS
Siyasət 14:03Rusiya sənayesi “fırtına”da - BAXIŞ BUCAĞI
İqtisadiyyat 13:35Sumqayıtda yaşayış binasında mənzil yanır
Hadisə 13:29Özbəkistanda kosmos yönümlü inkişaf vektoru - AKTUAL
Siyasət 13:24Netanyahu ABŞ səfərindən nə gözləyir? - AKTUAL
Siyasət 13:19Sabah rayonlara qar yağacaq, güclü külək əsəcək
Sosial 12:49Qusarda 71 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
Hadisə 11:29Azərbaycanın idman siyasəti - MƏQALƏ
Siyasət 11:12Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib
İqtisadiyyat 11:09İdman hər yaşda faydalıdır
Sosial 10:38Naxçıvanda avtomobil yolları qardan təmizlənir
Sosial 10:3116 turda 16 böyükhesablı nəticə qeydə alınıb
İdman 10:06Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
“İçərişəhər” Qoruğunun yenilənmiş veb-saytı istifadəyə verilib
26 Dekabr 11:11
...Onun özü Günəş!
27 Dekabr 11:23
Azercell “Kinon” tətbiqinin funksionallığını genişləndirir
26 Dekabr 11:47
Ukrayna üçün 90 milyard - RAKURS
23 Dekabr 17:38
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9999
-0,17%
-
GBP
2,2941
-0,04%
-
RUB
2,1972
+0,16%
Sizin reklam yeriniz
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



